Monitorinq
Monitoring & Load Balancing (Monitorinq və Yüklənmə Balanslaşdırma)
Xidmətlərimiz sistem və tətbiqlərinizin davamlı işləməsini təmin etmək üçün nəzərdə tutulub.
- Server Monitorinqi (Server Monitoring) : Zabbix və Prometheus kimi monitorinq alətləri ilə server performansının davamlı olaraq izlənməsi.
- Yüklənmə Balanslaşdırma (Load Balancing) : HAProxy kimi texnologiyalarla trafikin müxtəlif serverlər arasında balanslaşdırılması və yüklənmənin idarə olunması.
- Avtomatik Xəta Bərpası (Automatic Failover) : Xəta hallarında serverlər arasında avtomatik keçid və işin fasiləsiz təmin edilməsi.
- Təhlükəsizlik Tədbirləri (Security Measures) : Monitorinq prosesləri zamanı zərərli fəaliyyətlərin aşkarlanması və təhlükəsizlik qaydalarının tətbiqi.
Monitorinqin Əhəmiyyəti
- Problemlərin erkən aşkarlanması: Sistemlərdəki anomaliyaları vaxtında müəyyən edərək, potensial problemləri əvvəlcədən həll etmək.
- Performansın artırılması: Sistemlərin performansını izləyərək, resursların optimallaşdırılması.
- Məlumatların toplanması: İzləmə məlumatları əsasında analizlər aparmaq və qərar qəbuletməyə kömək etmək.
Yük Balanslaşdırmanın Əhəmiyyəti
- Performansın artırılması: İstifadəçi tələblərini qarşılayaraq, sistemin cavab müddətini azaldır.
- Ehtiyatlılıq: Serverlərin aşırı yüklənməsinin qarşısını alaraq, sistemin dayanıqlığını artırır.
- Qaynar yedəkləmə: Hər hansı bir serverdə problem yarandıqda, yükləri digər serverlərə yönləndirir.