"Texnologiyanın Qalaktikasında Yeni Ulduzlar Kəşf Edin!"
Biz kimik?
“DEPLOY” şirkəti olaraq müştərilərimizə texnologiya sahəsində ən son yenilikləri təqdim edərək, bizneslərini inkişaf etdirməyə kömək edirik. Biz, özəl proqram təminatı inkişafı, veb dizaynı və rəqəmsal marketinq strategiyaları ilə müştərilərimizin onlayn varlığını artırırıq. Hədəf kütlənizi tanıyırıq və sizin üçün özəl, data əsaslı yanaşmalar təqdim edirik. Şirkətimiz, uzun illərdən bəri əldə etdiyimiz təcrübə ilə, müştərilərimizin texnoloji ehtiyaclarını qarşılamaq və əməliyyatlarını optimallaşdırmaq üçün çalışır.
Dəyərlərimiz?
Bizim fəaliyyətimizin əsasında duran dəyərlər, şirkətimizin hər bir addımını və qərarını istiqamətləndirir. Bu dəyərlər, müştərilərimizə təqdim etdiyimiz xidmətlərin keyfiyyətini və bizimlə işbirliyinin etibarlılığını təmin edir. Şirkətimizin dəyərləri, bizim kim olduğumuzu və işimizə necə yanaşdığımızı aydın şəkildə ifadə edir.
- Dürüstlük və Etibarlılıq
- Peşəkarlıq
- Müştəri Mərkəzli Yanaşma
- Yenilikçilik və İnnovasiya
- Komanda Ruhu
- Məsuliyyətlilik
- İT Həllər
- SEO
- Project management
- Veb saytların qurulması
- Branding
- Texniki Dəstək
- Korporativ mail
- İT Strateji Planlaşdırma
- Məlumat Bazası İdarəetməsi
- Təhlükəsizlik
- İnfrastruktur İdarəetməsi
- Server Sistemləri və s.
01.
Missiya
Bizim missiyamız, müştərilərimizin texnoloji ehtiyaclarına tam uyğun həllər təqdim edərək, onların bizneslərini daha da inkişaf etdirməkdir. İT sahəsindəki dərin biliklərimiz və təcrübəmizlə, müştərilərimizin əməliyyatlarını optimallaşdırmaq, təhlükəsizliklərini təmin etmək və rəqabət üstünlüyü əldə etmələrinə kömək etmək məqsədini güdürük.
02.
Vizyon
Bizim vizyonumuz, qlobal arenada lider İT həlləri və xidmətlər təminatçısı olmaqdır. Bu məqsədə çatmaq üçün, daima inkişaf etməyi, yenilənməyi və müştərilərimizə dəyər yaratmağı prioritet olaraq görürük.Biz inanırıq ki, innovasiya və davamlı inkişafın mərkəzində dayanan bir şirkət olaraq, müştərilərimizin və cəmiyyətimizin rifahını artırmaqla dünya səviyyəsində əhəmiyyətli bir təsir yarada bilərik.
03.
Komanda
Bizim komanda, sahəsində ixtisaslaşmış və yüksək təcrübəyə malik mütəxəssislərdən ibarətdir. Hər bir komanda üzvü, öz sahəsində mükəmməlliyə can atır və müştərilərimizə ən yaxşı xidmətləri təqdim etmək üçün çalışır. Komandamızın gücü, həmrəylik və qarşılıqlı dəstəkdədir, bu da hər bir layihəni müvəffəqiyyətlə tamamlamağa imkan yaradır.
Niyə Bizimlə Əməkdaşlıq Etməlisiniz? "7" Əsas Səbəb
Bizim uzun müddətli müştəri münasibətlərimiz və uğurlu layihə tarixi ilə sizə güvənilir bir tərəfdaş təklif edirik.
Sektorun ən yaxşı mütəxəssisləri komandamızda, hər layihəyə peşəkar yanaşma təqdim edir.
Müştəri ehtiyaclarınıza uyğun xüsusi həllər hazırlayırıq ki, biznesinizə uyğun maksimum nəticələr əldə edəsiniz.
Texnoloji sahədəki yenilikləri izləyərək müasir həllər təqdim edirik ki, işiniz daima bir addım öndə olsun.
24/7 müştəri dəstəyi ilə hər hansı bir problem və ya sualınızda dərhal kömək edir, sizi tək qoymuruq.
Bizim həllərimiz sizə bazarda fərqlənmək və rəqabət üstünlüyü əldə etmək imkanı verir.
Bizim əsas prioritetimiz müştəri məmnuniyyətidir və bunun üçün daima yüksək xidmət səviyyəsini təmin edirik.